Türkiyə kuboku: "Ankaragücü" yarımfinala yüksəldi
Türkiyə Kubokunda ilk yarımfinalçı məlum olub.
Msport.az xəbər verir ki, “Trabzonspor” 1\4 finalda “Ankaragücü”ə uduzaraq mübarizəni dayandırıb – 1:3.
Ankarada keçirilən görüşdə hesabı qonaqlar açsalar da, meydan sahibləri əzmkar qələbə qazanıblar. “Ankaragücü”nün heyətində Ali Sou dubl edib.
“Ankaragücü” – “Trabzonspor” 3:1
Ali Sou, 51, 83, Lamin Diak 69 – Abdulkadir Ömür, 22,
Qeyd edək ki, “Ankaragücü” yarımfinalda “Qalatasaray” – “Başakşehir” cütünün qalibi ilə qarşılaşacaq.







