featured-image-27217

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Masport.az xəbər verir ki, “Fənərbaxça” doğma meydanda “Kayserispor”u böyük hesabla məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Daha öncə “Ankaragücü” və “Başakşəhər” də yarımfinala yüksəlmişdilər. “Sivasspor” isə oynamadan yarımfinala yüksəlib. Buna “Qaziantep”in Türkiyədəki zəlzələdən sonra mövsümün qalan hissəsində oynamaqdan imtina etməsi səbəb olub.

“Ankaragücü” yarımfinalda “Başakşəhər”lə, “Fənərbaxça” isə “Sivasspor”la qarşılaşacaq.

Türkiyə kuboku
1/4 final
4 aprel

Sivasspor – Qaziantep +:-

Ankaragücü – Trabzonspor 3:1
Qol: Sou, 51; 83. Diak, 68 – A.Ömür, 22.

5 aprel

Qalatasaray – Başakşəhər 2:3
Qol: K.Ayhan, 20. M.İkardi, 51 – P.Şiş, 12; 66. D.Alekşiç, 30.

6 aprel

Fənərbaxça – Kayserispor 4:1
Qol: E.Mor, 8; 42. S.Dursun, 58. A.Güler, 90 – D.Kolovetsios, 18.

Bənzər xəbərlər