featured-image-64258

“Qalatasaray”ın Türkiyə Kubokunun finalındakı rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda “Trabzonspor” “Göztəpə” ilə qarşılaşıb.

Bir oyundan ibarət matçda trabzonlular iki cavabsız qolla qalib gəlib – 2:0. Bununla “Trabzonspor” finala yüksəlib.

Qeyd edək ki, “Trabzonspor”la “Qalatasaray” görüşü mayın 14-də keçiriləcək.

Bənzər xəbərlər