featured-image-39952

Türkiyə millisini aparan təyyarə təcili eniş edib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsində Uelslə oyundan sonra baş verib.

Komandanın baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhəti pisləşdiyi üçün təyyarə Almaniyanın Münhen şəhərinə təcili eniş edib.

Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop və V.Montella yığmanın həkimi ilə birlikdə xəstəxanaya yollanıblar.

Qeyd edək ki, Uelslə 1:1 hesablı heç-heçə edən Türkiyə millisi D qrupunu 17 xalla lider başa vurub.

Bənzər xəbərlər