featured-image-20422

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts əməliyyat olunub.

Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis ölkəsində dizindən əməliyyat keçirib.

Türkiyə Futbol Federasiyası prosesin uğurlu alındığını, çalışdırıcının tezliklə işinin başında olacağını açıqlayıb.

Xatırladaq ki, Ştefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə yığmasını çalışdırır.

Bənzər xəbərlər