Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi
Türkiyə millisinin baş məşqçisi Ştefan Kuntz istefaya göndərilib.
Msport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb.
Almaniyalı mütəxəssislə bu gün baş tutan görüşdə qarşılıqlı razılıqla müqaviləyə xitam verilib.
Bu posta italiyalı Vinçentso Montellanın gətirilməsi gözlənilir.







