Türkiyə millisinin müdafiəçisinə 2 oyunluq cəza
Avropa çempionatının 1/8 final mərhələsinin Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiral iki oyunluq cəzalandırılıb.
Msport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.
Qeyd edək ki, “ay-ulduzlular” iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.