featured-image-24969

Türkiyə yığmasının sabiq üzvü Halil Altıntopa Almaniyanın “Bayern” klubunda yeni vəzifə verilib.

Msport.az xəbər verir ki, o, bundan sonra Münhen təmsilçisinin futbol akademiyasının idman direktoru kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Altıntop 2020-ci ildən bu klubun aşağı yaş qrupları üzrə komandalarında işləyirdi. Sabiq futbolçu əvvəlcə U-16-da baş məşqçinin köməkçisi olub, daha sonra U-17-də işləyib.

Futbolçu karyerası dönəmində “Vattenşayd”, “Kayzerslautern”, “Şalke”, “Ayntraxt”, “Trabzonspor”, “Auqsburq”, “Slaviya” (Praqa) kimi klublarda forma geyinmiş Halil Türkiyə yığmasında 38 oyun keçirib.

Bənzər xəbərlər