Türkiyə millisinin üzvü "Cenoa"ya transfer oldu - RƏSMİ
Türkiyəli futbolçu Güvən Yalçın İtaliyanın “Cenoa” klubu ilə müqavilə bağlayıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu artıq yeni komandasının Avstriyadakı təlim-məşq toplanışına qoşulub.
Almaniyanın Düsseldorf şəhərində anadan olan futbolçu son mövsümü “Beşiktaş”da keçirib. O, ötən mövsüm Türkiyə Super Liqasında 30 oyunda 6 qol vurmuşdu və 3 məhsuldar ötürmə vermişdi.
Güvənin artıq İtaliya təcrübəsi var. Hücumçu “Leççe”də icarə əsasında B seriyasında oynayıb.
Güvən Yalçın Türkiyə yığmasında 3 oyun keçirib.