Türkiyə millisinin üzvü “Fənər”i “Beşiktaş”a dəyişdi
Türkiyə millisinin üzcü Çengiz Ünder icarə əsasında “Beşiktaş”ın şərəfini qoruyacaq. Msport.az xəbər verir ki, “qara qartallar” yarımmüdafiəçini “Fənərbaxça”dan heyətə cəlb edib.
Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Lakin icarə müqaviləsi başa çatdıqdan sonra “ağ-qaralar” futbolçunun transfer hüquqlarına yiyələnə bilərlər.
“Fənərbaxça” 28 yaşlı Çengizi 2023-cü ilin yayında “Marsel”dən 15 milyon avroya almışdı.
Yarımmüdafiəçi “Roma”, “Lester”, “Başakşehir”, “Los Anceles” kimi klublarda da çıxış edib.