Türkiyə millisinin üzvü icarəyə verildi
Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Salih Özcanı icarəyə verib.
Msport.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi Bundesliqanın digər komandası “Volfsburq”da çıxış edəcək.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2022-ci ildən Dortmund klubunun formasını geyinir.