featured-image-61578

“Fənərbaxça”nın və Türkiyə millisinin üzvü Cengiz Ünder karyerasını ABŞ-da davam etdirə bilər. Msport.az xəbər verir ki, insayder Yağız Sabuncuoğlu bu məlumatı yayıb.

Onun sözlərinə görə, “Los Anceles” klubu 27 yaşlı futbolçunu icarəyə götürür. Artıq hər iki klub arasında razılıq əldə olunub. İcarə müqaviləsinə gələcəkdə transfer hüquqlarına yiyələnmə maddəsi də salınıb.

MLS-də çıxış edən “Los Anceles” bu icarəyə görə, 1,2 milyon avro ödəyəcək. Yarımmüdafiəçinin maaşını hər iki klub yarıbayarı ödəyəcək.

Xatırladaq ki, Cengiz vaxtilə “Roma”, “Lester”, “Marsel” kimi klublarda forma geyinib. O, 2023-cü ildən “Fənərbaxça”nın şərəfini qoruyur.

Bənzər xəbərlər