Türkiyə millisinin üzvü nəhəng klubların gündəmində
Türkiyə millisinin və “Fənərbağça” klubunun futbolçusu Ferdi Kadıoğlu karyerasını ölkə xaricində davam etdirə bilər.
Msport.az “CaughtOffside” nəşrinə istinadən xəbər verir ki, İngiltərnin “Arsenal” və “Nyukasl” komandaları 24 yaşlı cinah müdafiəçisi ilə yaxından maraqlanırlar.
Kadıoğluna ingilis klublarından başqa İtaliyanın “Napoli” və Dortmund “Borussiya”sı da iddialıdır.
Alman klubu futbolçunun transferi üçün 25-30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Ferdi Kadıoğlu 2018-ci ildən “Fənərbağça”da çıxış edir. O, bütün turnirlərdə 140 oyun keçirib, 11 qol vurub.