Türkiyə millisinin üzvü “Zenit”in hədəfində
“Marsel”in futbolçusu Çəngiz Ündər karyerasını Rusiyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, türkiyəli vinqer “Zenit”in maraq dairəsinə düşüb. Sankt-Peterburq təmsilçisi 26 yaşlı futbolçunu “Əl-Hilal”a keçən Malkomum əvəzinə transfer etmək istəyir.
“Transfermarkt” portalı Türkiyə millisinin üzvünu 20 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, Çəngiz Ündər 2021-ci ilin yayından “Marsel”də çıxış edir. O, son mövsüm ərzində 46 oyunda iştirak edib, 5 qol vurub və 4 assist edib.
Royal Türksoy