featured-image-20239

“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, Türkiyə klubu Çin yığmasının müdafiəçisi Vu Şaokunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çinin “Quançjou” klubundan gələn 22 yaşlı mərkəz müdafiəçisi ilə 2.5 illik müqavilə imzalanıb.

Şaokun “Quançjou”nun öz yetirməsidir. O, icarə əsasında “Kioto Sanqa”da da forma geyinib, Çin millisində isə 2 matça çıxıb.

Vu Şaokun Türkiyə Super Liqasında forma geyinəcək ilk çinli futbolçu kimi tarixə düşəcək.

Bənzər xəbərlər