Türkiyədə də oyunlar təxirə salındı
Türkiyə Superliqasında bir neçə oyun təxirə salınıb. Msport.az xəbər verir ki, III turda keçirilməsi planlaşdırılan 3 görüş başqa vaxta keçirilib.
Bu, avrokuboklarda çıxış edən klubların həmin matçlara daha yaxşı hazırlaşmaları üçündür.
“Qalatasaray” – “Qaziantep”, “Trabzonspor” – “Kayserispor” və “Samsunspor” – “Başakşehir” qarşılaşmaları təxirə salınıb.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının ,”Trabzonspor” və “Başakşehir” isə Konfrans Liqasının pley-off oyunlarına çıxacaqlar.
Avropa Liqasında mübarizə aparan “Beşiktaş” isə təqvimə əsasən III turda meydana çıxmayacaq.
Superliqada III turun oyunları növbəti həftəsonu baş tutacaq.