featured-image-48471

Türkiyənin “Fənərbağça” klubu futbolçusu Ferdi Kadıoğlu ilə mövsümün sonunda yollarını ayıracaq.

Msport.az “Sabah”a istinadən xəbər verir ki, cinah müdafiəçisi Superliqanın XXXVIII turunda İstanbulspor”la matçından sonra azarkeşlərlə vidalaşacaq.

24 yaşlı futbolçu ilə “Arsenal” və Dortmund “Borussiya”sı maraqlanır. İstanbul klubunun sol cinah müdafiəçisinin satışından ən azı 20 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, “Fənərbağça” Ferdi Kadıoğlunu 2018-ci ilin yayında “NEK Niymeqen”dən transfer edib.

Bənzər xəbərlər