Türkiyəli futbolçu Fransa klublarının radarında
Türkiyə millisinin futbolçusu Salih Özcan karyerasına Fransada davam edə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb.
Almaniyada Dortmund “Borussiya”sında çıxış edən oyunçu “Lion” və “Renn”in radarına düşüb.
Qeyd edək ki, Salih Özcan 2022-ci ildən Dortmund klubunun uğurları üçün çalışır.