featured-image-58279

İtaliyanın “Yuventus” klubunda çıxış edən türkiyəli futbolçu Kenan Yıldızın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, klub astronomik təklif gəlməyəcəyi təqdirdə oyunçunu satmağı planlaşdırmır.

“Mançester Yunayted”, “Arsenal”, “Liverpul”, PSJ kimi komandaların izlədiyi futbolçunun “qoca sinyora” ilə hazırki müqaviləsi 2029-cu ilə qədərdir.

Qeyd edək ki, 19 yaşlı forvard bu mövsüm “Yuventus”un heyətində çıxdığı 19 rəsmi matçda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər