Türkiyəli futbolçu ilk dəfə
Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu İtaliyanın “İnter” komandasının heyətində ilk dəfə penaltini dəqiq yerinə yetirə bilməyib.
Msport.az xəbər verir ki, A Seriyasının XII turunda “Napoli” ilə keçirilmiş qarşılaşmanın (1:1) 74-cü dəqiqəsində topu qapıdan keçirmək mümkün olmayıb. 30 yaşlı yarımmüdafiəçinin zərbəsindən sonra top qapı dirəyinə tuş gəlib. O, ilk hissənin 43-cü dəqiqəsində isə baxımlı qolla komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, 2021-ci ildən “İnter”in formasını geyinən H.Çalhanoğlu bunadək Milan təmsilçisinin heyətində yerinə yetirdiyi 20 penaltindən 19-nu qola çevirməyi bacarıb.