featured-image-52700

Türkiyə milli komandasının və “Renn”in hücumçusu Bertuğ Yıldırım karyerasını İngiltərədə davam edəcək.

Msport.az xəbər verir ki, gənc hücumçu “Norviç”ə keçib. O, bu mövsümü Çempionşip klubunda oynayacaq.

Bertuğ ötən sezon 5 milyon avro qarşılığında “Hatayspor”dan “Renn”ə keçmişdi.

“Norviç” 22 yaşlı futbolçu üçün “Renn”ə 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, türkiyəli hücumçu Fransa klubunda ümumilikdə 28 oyun keçirib və 1 qol vurub.

Bənzər xəbərlər