Türkiyəli futbolçu İngiltərə klubunda - RƏSMİ
“Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlunun “Brayton”a keçidi tamamlanmaq üzrədir.
Msport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Türk müdafiəçi tibbi müayinədən keçmək üçün İngiltərəyə gedib.
Türkiyə milli komandasının üzvü tibbi müayinədən keçdikdən sonra Premyer Liqa klubu ilə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Ferdi Kadıoğlu 2018-ci ilin yayından “Fənərbaxça”da çıxış edir. 24 yaşlı sol cinah müdafiəçisi 204 rəsmi matçda 18 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.