featured-image-49078

Türkiyə millisinin və “Qalatasaray” klubunun futbolçusu Barış Alper Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə yerli jurnalist Di Marzio məlumat yayıb.

Onun iddiasına görə, “Bolonya” oyunçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Barış Alper Yılmaz 2021-ci ildən İstanbul təmsilçisində çıxış edir. O, başa çatan mövsümdə komanda ilə Superliqanın qalibi olub.

Bənzər xəbərlər