Türkiyəli futbolçu Səudiyyə Ərəbistanında çıxış edə bilər
Türkiyə millisinin və “Fənərbağça” klubunun futbolçusu İrfan Can Kahveci karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Msport.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, “Al-Şabab” 28 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Klubun oyunçu üçün 9 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, İrfan Can Kahveci 2021-ci ildən İstanbul təmsilçisinin formasını geyinir.