Türkiyəli futbolçu “Spartak”a “yox” dedi
Rusiyanın “Spartak” klubu Türkiyə millisinin və “Qalatasaray” komandasının futbolçusu Kerem Aktürkoğlunu heyətinə qatmaq istəyib.
Msport.az xəbər verir ki, bu barədə “Fotomaç” nəşri məlumat yayıb.
25 yaşlı vinger Moskva təmsilçisinin təklifini geri çevirib. O, Avropa klublarında oynamaq istədiyini əsas gətirərək bu addımı atıb.
Qeyd edək ki, Kerem Aktürkoğlu 2020-ci ildən “Qalatasaray”ın formasını geyinir.