Türkiyəli futbolçu zəlzələdə öldü
Türkiyənin “Kahramanmaraş İstiklalspor” klubunun futbolçusu Taner Kahriman bu ölkədəki zəlzələ nəticəsində vəfat edib.
Türkiyəli futbolçu zəlzələdə öldüTürkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu dağıntılar altından çıxarılsa da, xəstəxanada ölüb.
O, karyerası ərzində “Orduspor” və “Artvin Hopaspor”da da çıxış edib. “Kahramanmaraş İstiklalspor” hazırda həvəskar statuslu BAL Liqasında mübarizə aparır.







