featured-image-40288

Fransanın “Lill” klubunun futbolçusu Yusuf Yazıçı rekorda imza atıb.

Msport.az xəbər verir ki, türkiyəli hücumçu UEFA Avropa Liqasının qrup mərhələsində “Olimpiya” (Sloveniya) ilə matçda qol vuraraq bu uğura imza atıb.

2:0 hesabı ilə qalib gəldikləri matçın 75-ci dəqiqəsində Yusuf komandasının 2-ci qolunu vurub. Türkiyə millisinin üzvü olan futbolçu “Lill”in heyətində avrokuboklarda ən çox qol vuran oyunçu olub. Onun aktivində 10 qol var.

Qeyd edək ki, 2019-cu ildən “Lill”də çıxış edən 25 yaşlı futbolçu bu müddətdə SSKA (Moskva) və “Trabzonspor”da da icarə əsasında çıxış edib.

Bənzər xəbərlər