Türkiyəli gənc hücumçu İngiltərə nəhənglərinin gündəmində
Türkiyə millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kenan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.
Msport.az “Tuttosport”a istinadən xəbər verir ki, “Liverpul” və “Arsenal” 18 yaşlı hücumçu ilə maraqlanır.
Turin təmsilçisinin gənc oyunçu üçün 35-40 milyon avro istədiyi də bildirilib.
Qeyd edək ki, Kənan Yıldızın klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.







