featured-image-19963

Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub.

Msport.az xəbər verir ki, 49 yaşlı referi Türkiyə Super Liqasının 16-cı turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyunundan sonra bu addımı atıb.

Türkiyə Futbol Federasiyası (TFF) İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.

Matçın 49-cu dəqiqəsində sivaslıların vurduğu top VAR-a baxıldıqdan sonra ləğv olunsa da, federasiya hakimlərin həmin epizodda yanlış qərar qəbul etdiyini açıqlayıb. Həmin matçın VAR hakimi məhz Özgüç Türkalp olub.

Bənzər xəbərlər