featured-image-45712

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.

Bildirilib ki, “İnter”, “Yuventua”, “Milan”, “Roma” və “Napoli” 18 yaşlı hücumçu ilə maraqlanır. Onlar İtaliyanın U-21 yığmasının Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə matçını izləyiblər. 1:1 hesabı ilə bitən görüşün 90+1-ci dəqiqəsində Semih Kılıçsoy rəqib qapısına yol tapıb.

Qeyd edək ki, forvard cari mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər