Türkiyəli hücumçu “Qalatasaray”dan ayrılır
“Qalatasaray”ın futbolçusu Halil Dervişoğlu qış transfer dönəmində klubdan ayrılmaq istəyir.
Msport.az yerli “Sabah qəzeti”nə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu az forma şansı əldə etdiyi üçün narazıdır.
Dervişoğlu artıq menecerinə yeni komanda tapmasını da tapşırıb.







