featured-image-32485

“Barselona”nın prezidenti Joan Laporta etiraf edib ki, “Fənərbaxça”nın 18 yaşlı yarımmüdafiəçisi Arda Gülərlə maraqlanırlar.

Msport.az xəbər verir ki, Kataloniya klubunun rəhbəri bəyan edib ki, gələn mövsüm Türkiyə millisinin üzvünü transfer etməyə çalışacaqlar:

“Yeni direktorumuz Deku hazırda Arda Gülərin transferi ilə bağlı işlər görür. Bizim skautinq xidmətimiz bu futbolçunu izləyir. Bizdə həmçinin Dekunun da rəyi var. Gələn mövsüm üçün bu keçidi həll etməyə çalışırıq”.

“Türkiyəli Messi” ləqəbi qazanana Arda ötən mövsüm “Fənər”in heyətində bütün turnirrlərdə 35 oyun keçirib və 6 qol vurub.

 

Bənzər xəbərlər