featured-image-41969

İspaniyada “Atletiko”nun uğurları üçün çalışan Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü bir neçə klubun diqqət mərkəzindədir.

Msport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi “X” hesabında bildirib.

Onun sözlərinə görə, “Fənərbağça”, “Porto” və “Roma” müdafiəçini icarəyə götürmək niyyətindədir.

İngiltərə təmsilçisi “Fulhem” isə oyunçunu almaq üçün 20 milyon avro təklif edib.

Bənzər xəbərlər