Türkiyəli qapıçı heyətdən çıxarıldı
Türkiyə yığması qapıçısı Doğan Alemdarı itirib.
Mspor.az xəbər verir ki, qolkiper məşq zamanı zədələnib.
Onun dizinin ön çarpaz bağlarında qopma əmələ gəlib. Bu səbəbdən də 21 yaşlı qolkiper yığmadan ayrılıb. Onu “Başakşəhər”dən Muhammed Şəngəzər əvəzləyib.
Qeyd edək ki, F qrupunun son oyununda Türkiyə iyunun 26-da Çexiya ilə qarşılaşacaq.