Tuxel “Bayern Münhen”də qala bilər
“Bayern Münhen”in baş məşqçisi Tomas Tuxel gələn mövsüm də Almaniya klubunda qala bilər.
Msport.az xəbər verir ki, bu barədə yerli jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında məlumat paylaşıb.
Tərəflər artıq danışıqlar aparıblar və Münhen təmsilçisinin rəhbərliyi mütəxəssisi saxlamaq istəklərini açıqlayıb. Tuxel də öz növbəsində yeni müqavilə tələbini irəli sürüb. O, yalnız “Bayern” ilə yeni müqavilənin müddətinin ən azı 2026-cı ilin ortalarına qədər davam edəcəyi təqdirdə qalmağa hazır olduğunu şərt irəli sürüb.
Qeyd edək ki, Münhen nəhəngi uzun müddətdən sonra ilk dəfə bu mövsümü kuboksuz başa vurub. Bundesliqada “Bayern” çempionluğu “Bayer”ə uduzub, “Real Madrid” tərəfindən isə Çempionlar Liqasından kənarlaşdırılıb.