featured-image-55883

“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel yenidən İngiltərədə çıxış edə bilər.

Msport.az xəbər verir ki, alman mütəxəssisin bu dəfə milli komandanı çalışdırmaq ehtimalı var. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Tuxel İngiltərə millisinin baş məşqçisi postuna ən real namizəddir. 51 yaşlı məşqçi yerli federasiya ilə danışıq aparır.

Qeyd edək ki, İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt istefa verib. Yığmanı hazırda müvəqqəti olaraq Li Karsli çalışdırır.

Bənzər xəbərlər