featured-image-44632

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Tomas Tuxelin ayaq barmağı sınıb.

Msport xəbər verir ki, bunu 50 yaşlı mütəxəssis “Bild” nəşrinə açıqlamasında deyib.

Almaniyalı çalışdırıcı bildirib ki, hadisə İtaliyanın “Latsio” klubuna qarşı keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl baş verib: “Görüşdən əvvəl motivasiya nitqi barmağımın sınması bahasına başa gəldi. Dərhal kömək aldım. Çox adamın bundan xəbəri yoxdur. Hətta futbolçularım da bilmirlər. Hadisə nəyəsə təpik vuranda baş verdi. Oyunçular yəqin ki, 90 dəqiqə ərzində oturmağıma təəccübləndilər”.

Qeyd edək ki, Romadakı ilk oyunda 0:1 hesabı ilə məğlub olan “Bavariya” Münhendə təşkil olunan görüşdə 3 cavabsız qolla qalib gələrək 1/4 finala adlayıb.

Bənzər xəbərlər