featured-image-48404

Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.

Msport.az xəbər verir ki, bu barədə “Sky Sports”un jurnalisti Canluka Di Martsio bildirib.

İtaliyalı mütəxəssisin sonuncu klubu onun 2023-cü ildən rəhbərlik etdiyi “Kalyari” olub. 2023/2024 mövsümündə Ranyerinin rəhbərliyi altında “Kalyari” İtaliya A Seriyasında 15-ci yeri tutub.

Məşqçilik karyerası ərzində Ranyeri “Lester”ə rəhbərlik edərkən (2015/2016 mövsümü) İngiltərə çempionu olub. 1995/1996 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəlilər”lə birlikdə mütəxəssis İtaliya Superkubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Superkubokunu (2004) qazanıb.

Bənzər xəbərlər