Tyaqo Silva Azərbaycana qayıdır
“Zirə”nin sabiq qapıçısı Tyaqo Silva Azərbaycana qayıdır.
Msport.az xəbər verir ki, 28 yaşlı portuqaliyalı “Şəfa” ilə anlaşıb.
Qolkiper bu gün müqavilə imzalamaq üçün Bakıya gələcək. Silvanın sözləşməsinin detalları daha sonra bildiriləcək.
Qeyd edək ki, portuqaliyalı qapıçı 2023-cü ildən 2026-cı ilədək “Zirə”nin formasını geyinib. O, yayda qəsəbə təmsilçisini tərk etmişdi və azad agent idi.







