U-17 qızlar millimiz iki oyuna Qırğızıstandan 7 top buraxdı
Azərbaycanın U-17 qızlardan ibarət milli komandası Qırğızıstan yığması ilə qarşılaşıb.
Msport.az xəbər verir ki, Bişkek şəhərində keçirilən yoldaşlıq görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yeganə qolunu Xədicə Rəhimova vurub.
Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 millimiz avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.







