featured-image-32028

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına start verilib.

Msport.az xəbər iki, turnirin açılış oyununda Belçika və Niderland yığmaları üz-üzə gəlib. Oyunu həmyerlimiz Əliyar Ağayev idarə edib. Tbilisidəki “Mesxi” stadionunda keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.

36 yaşlı FİFA referisi görüş ərzində 5 futbolçuya sarı vərəqə göstərib.

A qrupunun digər oyununda sensasiya qeydə alınıb. Gürcüstan seçməsi doğma meydanda Portuqaliyanı 2 cavabsız qolla məğlub edib.

B qrupunun ilk matçında isə Ukrayna millisi Xorvatiyadan üstün olub – 2:0. Hesabı ötən mövsümü icarə əsasında “Sabah”da keçirmiş Aleksey Kaşuk açıb. 19-cu dəqiqədə fərqlənən hücumameyilli yarımmüdafiəçi qitə çempionatının ilk qoluna imza atıb. 23 yaşlı vinger komandasının vurduğu ikinci qol zamanı isə Danilo Sikana məhsuldar ötürmə edib.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final qarşılaşması iyulun 8-də olacaq.

Bənzər xəbərlər