featured-image-13535

Bakıda təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Msport.az xəbər verir ki, Bakı Olimpiya Sstadionunda “Şamaxı” komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub.

Millimizin qollarını Samir Abdullayev və Camal Cəfərov vurub. “Şamaxı”nın heyətində isə Adil Nağıyev, Bəhruz Teymurov və İbrahim Aslanlı fərqlənib.

Xatırladaq ki, U-21 sentyabrın 27-də beynəlxalq yoxlama oyunu çərçivəsində moldovalı yaşıdları ilə qarşılaşacaq.

Bənzər xəbərlər