U-21 millimiz Şotlandiya səfərində
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Şotlandiyanın qonağı olacaq. Kilmarnok şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Azərbaycan millisi seçmə mərhələdə 8 oyundan sonra 7 xalla 5-ci, Şotlandiya isə 11 xalla 4-cü pillədə yer alır.
30 sentyabr
22:30. Şotlandiya – Azərbaycan
Baş hakim: Matyas Ştofrinşau (Norveç)







