featured-image-48399

İngiltərə millisinin heyətində bu yay Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına yollanmayacaq 3 futbolçunun adı açıqlanıb.

Msport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bunlar Cordan Henderson (“Ayaks”), Markus Raşford (“Mançester Yunayted”), Rahim Sterlinq və Ris Ceymsdir (hər ikisi “Çelsi”).

Baş məşqçi Qaret Sautgeytin yekun heyəti yaxın vaxtlarda açıqlayacağı bildirilib.

Qeyd edək ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-dək davam edəcək. Turnirə Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Son Avropa çempionu İtaliya millisidir.

Bənzər xəbərlər