featured-image-32576

Xorvatiyanın U-21 millisinin və “Udineze”nin sabiq futbolçusu Andriya Baliç “Qarabağ”dan təklif alıb.

Msport.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib.

O bildirib ki, 2020-ci ildə Slovakiyanın “Dunayska Streda” klubunda çıxış edərkən Azərbaycan və Türkiyədən ona maraq olub: “Həm Türkiyəyə, həm də “Qarabağ”a gedə bilərdim. Əvvəlcə klubum buraxmadı, sonra isə zədələndim. Nəticədə keçid baş tutmadı. Həmin vaxt yalnız özümü necə müalicə edəcəyimi düşünürdüm. Xoşbəxtlikdən yaşıl meydanlara əla qayıtdım”.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Slovakiyanın “Dukla Banska Bıstritsa” komandasında keçirən Andriya Baliç hazırda klubsuzdur.

Bənzər xəbərlər