featured-image-37000

Rusiyalı hakim Vera Opeykina UEFA-dan təyinat alıb.

Msport.az xəbər verir ki, FİFA referisi qadınlar arasında Millətlər Liqasının Ermənistan – Qazaxıstan oyununu idarə edəcək. Oyun sentyabrın 26-da keçiriləcək.

Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya hərbi hücuma başladığı 2022-ci ilin fevralından sonra UEFA-dan Rusiyaya verilən ilk təyinatdır. Həmin vaxtdan Rusiya komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb, hakimlər isə FİFA və UEFA bayrağı altında keçirilən oyunları idarə edə bilmirlər.

Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov qərarı müsbət qiymətləndirərək bunu “başlanğıc” adlandırıb. O ümid etdiyini bildirib ki, tezliklə kişi hakimlər də beynəlxalq matçlara təyinat alacaqlar. Bununla belə, o, bu məsələdə siyasi səbəblərin çox rol oynadığını deyib.

 

Bənzər xəbərlər