featured-image-54910

UEFA 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final oyununun məkanını dəyişib. Msport.az xəbər verir ki, həlledici görüşün İtaliyanın Milan şəhərində təşkil olunması nəzərdə tutulmuşdu.

Milan bələdiyyəsi “San Siro” stadionunda görülən işlərin yekunlaşdırılması ilə bağlı təminat vermədiyi üçün belə bir qərar qəbul olunub.

Finalı qəbul edəcək şəhərin adı 2025-ci ildə açıqlanacaq.

Qeyd edək ki, bu mövsüm ÇL-in finalını Münhenin “Allianz Arena” stadionu qəbul edəcək.

Bənzər xəbərlər