UEFA-dan ağır cərimə
“Legiya” klubu 100000 avro məbləğində cərimələnib.
Msport.az xəbər verir ki, UEFA İngiltərədə “Aston Villa”ya qarşı Konfrans Liqasının qrup mərhələsinin oyununda baş verənlərə görə Polşa təmsilçisini cəzalandırıb.
“Legiya” fanatları həmin qarşılaşmada iğtişaşlar törədib, meydana əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər.
Tərəfdarlar komandalarının səfərdəki növbəti 5 matçında da iştirak edə bilməyəcəklər. Bundan əlavə, Polşa klubu stadionda sınmış məhəccərlərin, işıq dirəyinin bərpası üçün “Aston Villa”ya ödəniş etməlidir.
Qeyd edək ki, qarşılaşma “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.







