featured-image-44736

“Benfika” 28000 avro məbləğində cərimələnib.

Msport.az xəbər verir ki, buna Portuqaliya klubunun Fransada “Tuluza” ilə qolsuz heç-heçə etdiyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (0:0) yaşananlar səbəb olub.

Fevralın 22-də baş tutan görüşdə qonaq azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər və meydana kənar əşyalar atıblar. “Benfika” buna görə 20000 avro ödəyəcək.

Klub stadiona ziyan dəydiyi üçün əlavə 8000 avro verməli olacaq.

Qeyd edək ki, ilk matçda rəqibini 2:1 hesabı ilə üstələyən “Benfika” 1/8 finala yüksəlmişdi. Komanda bu raundun ilk qarşılaşmasında evdə Şotlaniyanın “Reyncers” kollektivi ilə bərabərə qalıb – 2:2.

Bənzər xəbərlər