UEFA-dan cərimə
UEFA Danimarka Futbol Federasiyasını cərimələyib.
İdman.biz xəbər verir ki, buna onların azarkeşlərinin AVRO-2024-də açdığı banner səbəb olub.
Hadisə İngiltərəyə qarşı 1:1 hesabı ilə bitən matçda baş verib. Pankartlarda UEFA-ya qarşı təhqirlərin olduğu şüarlar yer aldığı üçün federasiya 10 min avro ödəyəcək.
Qeyd edək ki, daha öncə UEFA Albaniya və Serbiya futbol federasiyalarını siyasi şüarlara görə cərimələyib.